Bank Of Baku

Polşa Rusiya qeydiyyatlı maşınların ölkəyə girişinə qadağa qoyur

Polşa Rusiya qeydiyyatlı maşınların ölkəyə girişinə qadağa qoyur
# 16 sentyabr 2023 16:23 (UTC +04:00)

Polşa Rusiya qeydiyyatlı maşınların ölkəyə girişinə qadağa qoyur.

APA Polşanın PAP xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminsk bildirib.

Nazirin sözlərinə görə, bazar günündən (17 sentyabr) etibarən Polşa Rusiyada qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək.

PAP agentliyi daxili işlər naziri Kaminskiyə istinadən bildirib ki, qadağa Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və onun vətəndaşlarına qarşı tətbiq edilən sanksiyaların növbəti hissəsidir.

Xatırladaq ki, artıq Estoniya, Latviya, Litva və Finlandiya oxşar qərarı qəbul ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR