Taxıl ixracı məsələsi həll olunmasa, Polşa Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə mane olacaq.
APA xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus bildirib.
“Bu məsələlər öz həllini tapmasa Polşa Ukraynanın Aİ-yə daxil olmasına qətiyyən razı olmayacaq, çünki biz Aİ-yə daxil olanda qarşımıza bir sıra sərt şərtlər qoyuldu və onları yerinə yetirməli olduq”, - deyə nazir bildirib.
Nazirin sözlərinə görə Ukraynanın kənd təsərrüfatı sahəsi çox nəhəngdir və buna görə də polşalı fermerlərin maraqlarını müdafiə etmək üçün ölkənin mövqeyi qətidir.