Polşa hökuməti Ukraynadan taxıl idxalına qoyulan embarqonun müddətinin uzadılmasını təsdiqləyib.
APA xəbər veriur ki, bu barədə Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus bildirib.
Nazir qeyd edib ki, burada söhbət Polşa ərazisindən davam edəcək Ukrayna taxılının tranzitindən getmir.
Qeyd olunub ki, Avropa Komissiyasının tətbiq etdiyi müvafiq embarqonun müddəti 15 sentyabrda bitdikdən sonra Komissiya onun vaxtını uzatmasa da , Polşa tərəfi Ukraynadan ölkəyə taxıl idxalını qadağan edən qətnaməni təsdiqləyib.