Bank Of Baku

Polşa XİN başçısı gürcüstanlı həmkarı ilə Saakaşvilinin vəziyyətini müzakirə edib

Polşa XİN başçısı gürcüstanlı həmkarı ilə Saakaşvilinin vəziyyətini müzakirə edib
# 27 aprel 2023 16:15 (UTC +04:00)

Tbilisidə səfərdə olan Polşa xarici işlər naziri Zbiqnev Rau gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə sabiq Prezident Mixeil Saakaşvilinin vəziyyətini müzakirə edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Zbiqnev Rau görüşdən sonra bildirib.

“Biz eyni zamanda sabiq Prezident Mixeil Saakaşvilinin vəziyyətini müzakirə etdik. Polşa konstruktiv həll yolu tapmağa çalışır və Gürcüstan üçün bütün mümkün yardımları edir. Biz çox inanırıq ki, Polşa-Gürcüstan birgə əməkdaşlığı bizim ölkələrimizin, Avropanın və azad dünya ictimaiyyətinin milli və təhlükəsizlik maraqlarına xidmət edir”, - deyə Rau bildirib.

Qeyd edək ki, Polşa bir müddətdir ki, Gürcüstan rəsmilərinə Mixeil Saakaşvilinin müalicə alması üçün Polşaya aparılmasını təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR