Bank Of Baku

Polşada Rusiya vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb

Polşada Rusiya vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb
# 30 oktyabr 2026 18:12 (UTC +04:00)

Polşada dəmir yolları və strateji əhəmiyyətli infrastrukturun fotolarını çəkdiyi bildirilən Rusiya vətəndaşı casusluq şübhəsi ilə saxlanılıb.

Bu barədə Polşanın “Gazeta.pl” nəşri məlumat yayıb.

Məlumata görə, 55 yaşlı Rusiya vətəndaşı Aşağı Sileziya voyevodalığının Svidnitsa şəhərində saxlanılıb. Onun üzərindən peşəkar fotoaparatlar, disklər, telefonlar, noutbuklar və digər elektron avadanlıqlar götürülüb.

Aparılan araşdırma zamanı yaddaş daşıyıcılarında Polşada və digər ölkələrdə yerləşən infrastruktur obyektlərinin minlərlə fotoşəkli aşkar edilib. Polşa Daxili İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına əsasən, fotoların sayı 250 minə çatır.

İstintaq materiallarına görə, çəkilişlər əsasən dəmir yolu infrastrukturu və digər strateji obyektlərlə bağlı olub.

Məhkəmə şübhəlinin üç ay müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edib. İş üzrə araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR