Bank Of Baku

Pompeo Moskvaya səfərini ləğv edərək Brüsselə yollanıb

Pompeo Moskvaya səfərini ləğv edərək Brüsselə yollanıb
# 13 may 2019 09:00 (UTC +04:00)

ABŞ dövlət katibi Mayk Pompeo bazaar ertəsi gününə Moskvaya nəzərdə tutulmuş səfərini ləğv edib, ancaq əvvəlki kimi çərşənbə axşamı Rusiyanın XİN rəhbəri Sergey Lavrovla Soçidə görüşmək niyyətindədir.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” Dövlət Departamentindəki özəl mənbəyə istinadən məlumat yayıb.

Bazar ertəsi Pompeo Moskvanın yerinə Brüsselə səfər edəcək. Burada o, AB nümayəndələri ilə İran ətrafındakı vəziyyəti müzakirə etmək fikrindədir.

Çərşənbə axşamı isə dövlət katibinin Soçiyə səfər etməsi gözlənilir. Burada S.Lavrovla görüşü planlaşdırılan M.Pompeonu Rusiya prezidenti Vladimir Putinin qəbul edəcəyi də istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR