Poroşenko Ukraynada enerji fəlakətinin gözlənildiyini elan edib

Poroşenko

© APA | Poroşenko

# 14 iyun 2024 02:44 (UTC +04:00)

Ukraynanın sabiq prezidenti Petro Poroşenko ölkənin energetika sektorunda vəziyyətin kritik həddə yaxınlaşdığını bildirib.

APA xəbər verir ki, Poroşenkonun fikrincə, hökumət indi lazımi tədbirləri görməsə, bu ilin qışında vəziyyət əsl fəlakətə çevriləcək.

“Təcili tədbirlər görülməsə, qışda enerji fəlakətinə gətirib çıxaracaq vəziyyətlə üzləşəcəyik” deyən Poroşenko bildirib ki, qışda enerji ilə bağlı vəziyyət bir çox sakinin ölkəni tərk etməsinə səbəb ola bilər.

O, həmçinin, qeyd edib ki, evlərə istilik sutka ərzində cəmi dörd saat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR