Bank Of Baku

Putin və Makron arasında telefon danışığı olub

Emmanuel Makron, Vladimir Putin

© APA | Emmanuel Makron, Vladimir Putin

# 12 fevral 2022 19:12 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə “France-Press” Yelisey sarayına istinadən xəbər yayıb. Xəbərdə Makronun Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün rusiyalı həmkarı Putinlə 1saat 40 dəqiqə danışdığı bildirilib.

Qeyd edək ki, fevralın 7-də Makron Moskvaya səfər edib. Rusiya və Fransa liderləri arasında görüş 5 saat davam edib. Əsas müzakirə mövzusu Avropada təhlükəsizliyin təmin edilməsi problemi olub. Ertəsi gün Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR