Bank Of Baku

Qaribaşvili Macarıstana səfərə gedib

Qaribaşvili Macarıstana səfərə gedib
# 03 may 2023 12:28 (UTC +04:00)

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Macarıstana səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, hökumət başçısı Budapeştdə keçiriləcək Mühafizəkar Siyasi Fəaliyyət Konfransında iştirak edəcək.

4-5 may tarixlərində baş tutacaq konfransda Baş nazir İrakli Qaribaşvilinin də çıxışı planlaşdırılıb.

İrakli Qaribaşvilinin eyni zamanda Macarıstanda yüksək səviyyəli görüşlər keçirəcəyi də qeyd edilib.

Baş naziri səfərdə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze müşayiət edir.

Qeyd edək ki, Gürcüstan müxalifəti Baş naziri Macarıstanda sözügedən tədbirdə iştirakını qınayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR