Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmə qərarını təsdiqləyib - YENİLƏNİB

Ərdoğan Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmə qərarını təsdiqləyib - YENİLƏNİB
# 10 iyul 2020 18:22 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.

APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

***

17:21

Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR