Bank Of Baku

Politoloq: Türkiyədə İsraillə münasibətlərə görə Azərbaycanı ittiham edənlərin iddiaları bir daha boşa çıxdı

Politoloq Qabil Hüseynli

© APA | Politoloq Qabil Hüseynli

# 01 iyul 2026 15:41 (UTC +04:00)

“İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması haqqında qərarı siyasi məqsəd daşıyır və təbii ki, reallığı heç bir halda əks etdirə bilməz”.

APA xəbər verir ki, bunu politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin fikrincə, təəccüb doğuran məqam ondan ibarətdir ki, Türkiyə Fələstinə görə İsraillə münasibətlərini kəskinləşdirsə də, Fələstin administrasiyasından bununla bağlı heç bir səs çıxmadı: “Təbii ki, biz FAT sədrinin Ermənistana səfərini, vaxtilə Yasir Ərafatin öz qərargahında ASALA terror təşkilatına yer verdiyini ununtmamışıq. Bu rəzil ittifaqın türk diplomatlarına qarşı törətdikləri mənhus cinayətlər də yaddan çıxmayıb.

Fələstin və Livanda erməni terrorçu qruplaşmalarının meydan sulaması bu bölgənin problemləri haqqında ən yaxşı təsəvvür yaratmağa imkan verir”.

Politoloq qeyd edib ki, Azərbaycan əbədi dostluğu və strateji müttəfiqliyinin yalnız və yalnız Türkiyə ilə olduğunu yaxşı başa düşür: “O səbəbdən də Azərbaycan Xarici İşlər Nazirliyi timsalında İsrailin bu qərarı ilə bağlı ilk bəyanat verən ölkə oldu, Fələstin isə susdu”.

Onun fikrincə, bu məsələ təkcə Türkiyə-İsrail xəttində yox, bütövlükdə regionda münasibətlərin aydınlaşması baxımından da əhəmiyyətli oldu.

“Çünki bir sıra ölkələr özünü Türkiyə ilə İsrail arasında olan gərginliklə bağlı Ankaranın tərəfdarı kimi göstərsə də, bu məsələdə açıq mövqe sərgiləməkdən çəkindi.

Yeganə ölkə Azərbaycandır ki, məsələyə dərhal reaksiya verdi və qardaş Türkiyəni dəstəklədi. Azərbaycan həm də bu məsələdə Türkiyəyə rəsmi bəyanatla dəstək verən yeganə ölkədir. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür və rəsmi Bakının fərqli mövqeyi olmayacağını aydın göstərir”, - deyə Qabil Hüseynli bildirib.

Politoloq diqqətə çatdırıb ki, baş verənlər - Azərbaycanın rəsmi şəkildə Türkiyəni dəstəkləyən yeganə ölkə olması, eləcə də digər ölkələrin mövqe sərgiləməməsi iki faktoru ön plana çıxarır: “Birincisi, Türkiyənin özündə zaman-zaman İsraillə münasibətlərə görə Azərbaycanı ittiham edənlərin iddiaları bir daha boşa çıxdı. Bu iddiaların reallıqdan uzaq olduğu məlum idi, lakin yalan kampaniyası mütəmadi olaraq könül bulandırırdı. Rəsmi Bakının bu mövqeyi həmin dairələrə tutarlı cavab oldu.

İkincisi, bu məsələ Türkiyəyə həqiqi dostlarını və tərəfdaşlarını yenidən dəyərləndirmək üçün siqnal hesab oluna bilər. Ankarada Bakının hansı mövqe sərgiləyəcəyindən əmindirlər. Amma Türkiyənin tərəfdaş hesab etdiyi, hətta İsraillə münasibətlərin gərginləşməsinə səbəb olan ölkələrin susqunluğu düşünmək zərurəti yaradır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR