Bank Of Baku

Reuters: Almaniya Ukraynaya 500 milyon avroluq silah vermək niyyətindədir

Reuters: Almaniya Ukraynaya 500 milyon avroluq silah vermək niyyətindədir
# 23 avqust 2022 20:17 (UTC +04:00)

Almaniya Ukraynaya əlavə olaraq 500 milyon avroluq silah vermək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Kanadada səfərədə olan kansler Olaf Şolts Ukraynaya əlavə 3 İRİS-T hava hücumundan müdafiə sistemi, 10 zirehli maşın, 20 raket qurğusu və yüksək dəqiqlikli silahlar veriləcəyini bəyan edib. Silahlar 2023-cü ilədək Kiyevə çatdırılacaq. Lakin ilk növbədə Bundestaq bu silah təchizatına razılıq verməlidir.

Kanslerin fikrincə, bu silahlar Ukrayna ordusunun modernləşməsinə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR