Bank Of Baku

Reznikov alman həmkarı ilə Ukraynanın HHM sisteminin gücləndirilməsini müzakirə edib

Reznikov alman həmkarı ilə Ukraynanın HHM sisteminin gücləndirilməsini müzakirə edib
# 13 oktyabr 2022 14:00 (UTC +04:00)

Ukrayna müdafiə naziri Oleksiy Reznikov Brüsseldə almaniyalı həmkarı Kristine Lambrextlə görüşüb.

APA xəbər verir ki, bu barədə nazir Reznikov "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, Ukraynanın humanitar obyektlərini qorumaq üçün "Gepard" zenit kompleksi üçün sursat və ehtiyat hissələrinin tədarükü müzakirə olunub.

“Biz eyni zamanda, mühəndislik maşınlarının təchizatı, Ukrayna ordusunun Almaniyada təlimi, Ukraynaya göndərilən alman silahları üçün birgə xidmət mərkəzinin yaradılması məsələləri barədə də fikir mübadiləsi apardıq”, - ukraynalı nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR