Bank Of Baku

Rişi Sunak fikrini dəyişib, COP27 sammitinə gedəcək

Rişi Sunak

© APA | Rişi Sunak

Foto al #
# 02 noyabr 2022 17:20 (UTC +04:00)

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Misirdə keçiriləcək COP27 iqlim sammitinə getməmək barədə əvvəlki qərarını dəyişdiyini deyib.

APA-nın London bürosunun xəbərinə görə, o, BMT-nin noyabrın əvvəlində Misirdə başlayacaq iqlim dəyişikliyi konfransında iştirak edəcəyini bildirib.

Qeyd edək ki, daha öncə o, payız büdcəsinə hazırlıqla əlaqədar və digər təcili öhdəliklərinə görə, sammitə gedə bilməyəcəyini qeyd etmişdi. Bu isə, iqlim təbliğatçıları və müxalifət partiyaları tərəfindən geniş şəkildə tənqid edilmişdi.

Baş nazir bildirib ki, iqlim dəyişikliyi ilə bağlı tədbirlər görülmədən uzunmüddətli rifah və ya bərpa olunan enerji mənbələrinə investisiya olmadan enerji təhlükəsizliyi mümkün deyil və buna görə də o, sammitdə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR