Rumıniya prezidenti Zelenski ilə NATO sammitini müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski və Rumıniya Prezidenti Klaus İohannis

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski və Rumıniya Prezidenti Klaus İohannis

# 21 may 2024 12:28 (UTC +04:00)

Rumıniya Prezidenti Klaus İohannis və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Rumıniya dövlət başçısı "X" hesabında bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Rumıniyanın Ukraynaya davamlı dəstəyi, qarşıdan gələn NATO Sammiti üçün prioritetlər və Qara dənizdə ümumi təhlükəsizliyin möhkəmləndirilməsini müzakirə ediblər.

"Mən həmçinin Rumıniyanın Ukrayna Sülh Formulasına sadiqliyini ifadə etdim", - deyə prezident İohannis qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR