Bank Of Baku

Rusiya hərbçiləri Luqanskda dəmir yolu körpülərini bərpa etməyə çalışır

Rusiya hərbçiləri Luqanskda dəmir yolu körpülərini bərpa etməyə çalışır
# 13 aprel 2022 12:26 (UTC +04:00)

Rusiya hərbçiləri Luqansk regionunda dəmir yolu körpülərini bərpa etməyə çalışırlar.

APA “Ukranews.com” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının “Facebook”da paylaşdığı məlumatında bildirilib.

“Rusiya Federasiyasının mühəndis bölmələri Svatovo rayonunda dəmir yolu körpülərini bərpa etməyə çalışırlar”, - paylaşımda qeyd olunub.

Əlavə olunub ki, Rusiya hərbçiləri rayonun bir sıra qəsəbələrində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışsalar da, heç bir nəticə əldə edə bilməyiblər.

Məlumatda Rusiya hərbçilərinin Yujnobujski istiqamətində pilotsuz uçuş aparatları, "Qrad" sistemlərindən istifadə etməklə işğal etdikləri əraziləri saxlamağa çalışdıqları vurğulanıb.

Qeyd edilib ki, Rusiya hərbi dəniz qrupları Qara və Azov dənizləri akvatoriyasında döyüş əməliyyatları və kəşfiyyat zonasının təcrid olunması üzrə tapşırıqların icrasını davam etdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR