Bank Of Baku

Rusiya İranın kamikadze-dronları ilə Ukrayna şəhərlərinə hücum edib

Rusiya İranın kamikadze-dronları ilə Ukrayna şəhərlərinə hücum edib
# 11 oktyabr 2022 09:32 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri Ukraynanın Vinnitsa vilayətindəki Ladıjin İES-ə “Shahed-136” dronları ilə hücum edib.

APA UNN-a istinadən xəbər verir ki, Vinnitsa administrasiyasının başçısı Serqey Borzov bu barədə deyib.

Stansiyanın fəaliyyətinin dayanmadığı deyilir: “Bu gün 2 ədəd “Shahed-136” dronu ilə hücum olunub, lakin İES-nin bütün bölmələri işləyir”.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri Odessa vilayəti üzərində 3 ədəd “Shahed-136” dron-kamikadze vurub. O cümlədən, Nikolayev vilayəti üzərində də 5 ədəd “Shahed-136” vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR