Ukrayna ordusu dünən Baxmut taktiki istiqamətində hücum əməliyyatları həyata keçirib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik dünən bütün təmas xətti boyunca Baxmut taktiki istiqamətində Ukrayna tərəfinin hücum əməliyyatları həyata keçirməsi faktını təsdiq edib.
***
14:27
Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında uğurlu əks-hücum keçirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahında iclası zamanı bildirib.
"Biz general Sırskinin hesabatını dinlədik, onun bölmələri əlavə səylə düşməni dayandırdı və hətta onu bəzi istiqamətlərə geri atdı", - prezident deyib.