Bank Of Baku

Rusiya Odessanı raket atəşinə tutub, 16 nəfər ölüb, 55 nəfər yaralanıb - YENİLƏNİB-1

Rusiya Odessanı raket atəşinə tutub, 16 nəfər ölüb, 55 nəfər yaralanıb - YENİLƏNİB-1
# 15 mart 2024 18:47 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, 55 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bunu Odessa vilayətinin administrasiyası bildirib.

Raket zərbələri zamanı yanğınsöndürənlərin də həlak olduğu bildirilib.

***

16:20

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 46 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bunu Odessa vilayətinin administrasiya rəhbəri Oleq Kiper deyib.

O, ərazidə xilasetmə işlərinin davam etdiyini bildirib.

***

16:05

Rusiya Silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətini raket atəşinə tutması nəticəsində 8 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə Odessa vilayət prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, bu ilkin məlumatdır, ölən və yaralananların yekun sayı, eləcə də dağılan, zədələnən tikililərin tam siyahısı barədə məlumatlar hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR