Ukraynanın Krivoy Roq şəhəri raket hücumuna məruz qalıb.
APA xəbər verir ki, ballistik raketin düşməsi nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.
"Saat 23:00-a olan məlumata görə, dördü uşaq da daxil olmaqla 42 nəfər yaralanıb. 20 yaşlı qız və 7 yaşlı oğlan ölüb. 27 nəfərin vəziyyəti ağırdır. Həkimlər onlara və bütün yaralılara bütün lazımi yardımı göstərirlər", - Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkul “Telegram” kanalında yazıb.
Hücum nəticəsində şəhərdə bir xəstəxana, 23 yaşayış binası və bir neçə obyektə ziyan dəyib.