Bank Of Baku

Rusiya ordusunun Nikopola artilleriya zərbəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiya ordusunun Nikopola artilleriya zərbəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb
# 17 noyabr 2025 17:12 (UTC +04:00)

Rusiya ordusunun bu gün günorta saatlarında Dnepropetrovsk vilayətinin Nikopol şəhərini artilleriya atəşinə tutması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Vladislav Qayvanenko “Telegram” kanalında açıqlayıb.

Onun sözlərinə görə, hücum nəticəsində ölənlər 76 yaşlı qadın və 51 yaşlı kişi olub.

Artilleriya zərbəsi nəticəsində daha 2 nəfərin yaralandığı və şəhərdəki bir neçə çoxmənzilli yaşayış binasının zədələndiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR