Bank Of Baku

Rusiya səfiri: "Ukraynaya hücum etməyəcəyik" 

Aleksey Yerxov

© APA | Aleksey Yerxov

# 16 fevral 2022 19:43 (UTC +04:00)

“Ukraynaya nə dünən hücum etmişik, nə indi edirik, nə də sabah edəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə "TRT Haber"ə müsahibəsində Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.

Diplomat Rusiyanın belə bir niyyətinin olmadığını vurğulayaraq, bu mövzu ətrafında ciddi bir isteriyanın olduğunu qeyd edib.

"Vətəndaşlar təxliyə edilir, konsulluqlar bağlanır və başqa yerə köçürülür. Rusiyanın Ukraynanı işğal edəcəyi bildirilir və hətta işğalın mümkün tarixləri də verilir. Yeri gəlmişkən, bu tarixlərdən biri dünən, digəri bu gündür, üçüncüsü isə sabahdır. Nə oldu, işğal baş verdi?",- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR