Bank Of Baku

Rusiya Sumıda xəstəxananı hədəfə alıb: 8 nəfər ölüb, 11 nəfər yaralanıb

Rusiya Sumıda xəstəxananı hədəfə alıb: 8 nəfər ölüb, 11 nəfər yaralanıb
# 28 sentyabr 2024 13:06 (UTC +04:00)

Rusiya ordusunun səhər saatlarında Ukraynanın Sumı şəhərindəki xəstəxanaya hava zərbələri nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” hesabında paylaşım edib.

Onun sözlərinə görə, hadisə zamanı binaya ciddi ziyan dəyib, 113 nəfər təxliyə edilib. V. Zelenskinin sözlərinə görə, yerli strukturların nümayəndələri əraziyə cəlb olunaraq, operativ tədbirlərə başlayıb:

“Dünyada bu müharibə ilə bağlı məlumatı olan hər kəs Rusiyanın hansı obyektləri hədəfə aldığına da fikir verməlidir. Onlar xəstəxanada pasiyentləri, mülki obyektləri hədəfə alır. Rusiyanı sülhə yalnız güc yolu ilə məcbur etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR