Bank Of Baku

Rusiya Ukraynaya “Shahed” dronları ilə hücum edib

Rusiya Ukraynaya “Shahed” dronları ilə hücum edib
# 16 fevral 2023 01:04 (UTC +04:00)

İranın “Shahed” kamikadze dronları Dnepropetrovsk vilayəti istiqamətində hərəkət edir. Bölgədə hava xəbərdarlığı elan edilib.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Serxi Lısak məlumat verib.

Dronların istifadəsini Dnepropetrovsk Vilayət Şurasının rəhbəri Nikolay Lukaşuk da təsdiqləyib: “Düşmən PUA-ları regionun hava məkanında”.

Dnepropetrovsk vilayəti ilə yanaşı, Zaporojye vilayətində də hava hücumu xəbərdarlığı elan edilib. Luqansk və Krımda həyəcan siqnalı söndürülməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR