Rusiya ordusu Ukraynanın Sumı şəhərinə 6-7 idarəolunan aviasiya bombası ilə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyası məlumat yayıb.
Məlumata görə, bombalardan biri çoxmərtəbəli yaşayış binasına düşüb və nəticədə 2 nəfər ölüb.
Rusiya ordusunun atdığı bomba binanın üçüncü və dördüncü mərtəbələri arasına düşüb. Xilasedicilər dağıntılar altından 4 nəfəri, o cümlədən bir uşağı çıxarıblar.
Məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb. Onların arasında 13 yaşlı qız da var. Yaralılardan 3 nəfərin vəziyyəti ağırdır.