Paşha Bank
Bank Of Baku

Ukrayna nümayəndə heyəti Uitkoff və Kuşnerlə yeni sülh təklifini müzakirə edəcək

Stiv Uitkoff

© APA | Stiv Uitkoff

# 08 oktyabr 2026 23:36 (UTC +04:00)

Ukrayna nümayəndə heyəti oktyabrın 9-da ABŞ-a səfər edərək prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın danışıqlar qrupuna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Prezident Ofisinin rəhbərinin müavini Sergey Kislitsa, Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov daxil olacaq.

Ukrayna lideri görüşlərin iki gün ardıcıl keçiriləcəyini və danışıqlara Avropa tərəfinin də qoşula biləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR