Bank Of Baku

Rutte: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir

NATO-nun Baş katibi Mark Rutte

© APA | NATO-nun Baş katibi Mark Rutte

# 06 iyul 2026 18:20 (UTC +04:00)

Türkiyə NATO-da lider rolunu gücləndirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ankarada mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rutte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. O bildirib ki, Türkiyə son illərdə bu sahədə sürətli inkişaf yolu keçib və hazırda təxminən 3 min şirkət NATO qüvvələrinin ehtiyac duyduğu hərbi texnika və avadanlıqlar istehsal edir.

“Bu gün Türkiyə NATO-nun ən böyük və peşəkar hazırlığa malik silahlı qüvvələrindən birinə sahibdir. Xüsusilə son 5-10 il ərzində ölkə müdafiə sənayesini sürətlə inkişaf etdirib. Türkiyə alyans üçün olduqca mühüm əhəmiyyət daşıyır. Türkiyənin geostrateji mövqeyi, NATO-dakı liderliyi və bu sammitə ev sahibliyi etməsi bunun bariz göstəricisidir”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR