Uels Şahzadəsi Çarlz ikinci dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə “Clarence House”un mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, şahzadə hazırda özünü izolyasiya edir və qarşıdakı günlər üçün görüşlərini təxirə salıb.
Xatırladaq ki, Şahzadə Çarlz ilk dəfə 2020-ci ilin mart ayında koronavirusa yoluxub.