Bank Of Baku

Salome Zurabişvili Orbeliani sarayını tərk edib - YENİLƏNİB - VİDEO

Salome Zurabişvili Orbeliani sarayını tərk edib - YENİLƏNİB  - VİDEO
# 29 dekabr 2024 11:54 (UTC +04:00)

Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Zurabişvili mətbuat qarşısında çıxışından sonra iqamətgahın qarşısına toplanmış etirazçıların yanına keçib. O, legitimliyi özü ilə apardığını qeyd edib.

Xatırladaq ki, Salome Zurabişvili daha əvvəl Orbeliani sarayını tərk etməyəcəyini bildirmişdi.

***

11.27

Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edəcəyini açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, prezidentin iqamətgahının qarşısına toplaşan etirazçılara müraciət edən Zurabişvili sarayı tərk edəcəyini, lakin legitim prezident olaraq qalacağını bəyan edib.

O gürcü xalqına sadiq qalacağını, legitimliyin yalnız xalqdan gəldiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR