Bank Of Baku

Şarl Mişel Qəzza ilə bağlı İsrailə çağırış edib

Aİ Şurasının Prezidenti Şarl Mişel

© APA | Aİ Şurasının Prezidenti Şarl Mişel

# 05 aprel 2024 16:56 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qəzza ilə bağlı çağırış edib.

APA xəbər verir ki, bu barədə Şarl Mişel "X" hesabında paylaşım edib.

"Qəzzalı uşaqlar və körpələr qida çatışmazlığından ölür. Qəzzada müharibə aləti olan aclığa dərhal son qoymaq üçün ciddi və təcili səylər tələb olunur.
Beynəlxalq ictimaiyyət dəfələrlə Qəzzaya daha çox humanitar yardımın daxil edilməsinə çağırıb, xüsusən də aclığın qarşısını almaq üçün BMT-nin iki məcburi qətnaməsi var. İsrailin Erez keçid məntəqəsini müvəqqəti olaraq yenidən açması, həmçinin Aşdod limanından yardımların daxil olmasına icazə verməsi kifayət deyil", - Şarl Mişel qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR