Şassisi açılmayan Myanma təyyarəsi qəza enişi edib

Şassisi açılmayan Myanma təyyarəsi qəza enişi edib
# 12 may 2019 21:00 (UTC +04:00)

Myanmanın “Myanmar National Airlines” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi ölkənin Mandalay şəhər beynəlxalq hava limanında qəza enişi edib.

ONA “The Straits Times” portalına istinadən xəbər verir ki, hadisəyə səbəb təyyarənin ön şassisinin açılmaması olub. Buna görə də pilot təyyarəni burnunu yerə toxundurmaqla endirmək məcburiyyətində qalıb.

Myanmanın mülki aviasiya departamentindən bildirilib ki, təyyarənin pilotu bu barədə dispetçerə də məlumat verib və qeyd edib ki, şassini nə avtomat, nə də mexaniki yolla açmaq mümkün olub.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 89 nəfərdən heç kim xəsarət almayıb. Mülki aviasiya departamenti təyyarəni yoxlamaq üçün öz mühəndislərini Mandalay aeroportuna göndərib.

Xatırladaq ki, bu, may ayı ərzində Myanmada baş vermiş ikinci bənzər hadisədir. Bundan əvvəl “Biman” aviaşirkətinə məxsus təyyarə Yanqon şəhərində məcburi eniş etmişdi. Ancaq sərt eniş nəticəsində 15 nəfər xəsarət almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR