Bank Of Baku

Seçkilərdə Məhərrəm İncəyə səs verən vətəndaşların səsləri etibarlı sayılacaq

Seçkilərdə Məhərrəm İncəyə səs verən vətəndaşların səsləri etibarlı sayılacaq
# 11 may 2023 17:58 (UTC +04:00)

“Məmləkət” partiyasının sədri Məhərrəm İncənin prezident seçkilərində öz namizədliyini geri çəkməsinə baxmayaraq, vətəndaşların ona verəcək səsləri etibarlı sayılacaq.

APA-nın İstanbul müxbirinin “TRT Haber”ə istinadən verdiyi xəbərə görə, bu prosedur qanunla tənzimlənib və İncənin namizədliyinin geri çəkilməməsinə dair qərarının heç bir hüquqi əsası yoxdur.

Belə ki, “Prezident seçkiləri haqqında” qanunun 12-ci maddəsinə əsasən, yekun namizəd siyahısının “Rəsmi Gazete”də dərc olunduğu tarixdən etibarən səsvermə günü saat 17:00-a qədər baş verə biləcək bu cür hadisələr səbəbindən seçki prosesində dəyişikliklərin edilməsi nəzərdə tutulmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR