“Taxıl dəhlizi sazişi” Ukrayna və beynəlxalq sistem üçün böyük əhəmiyyət kəsb edir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Anadolu” agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, qida məhsullarının təhlükəsiz şəkildə ixrac edilməsi üçün Ukraynanın daha çox gəmiyə ehtiyacı var.
Bundan əlavə, Bodnar Rusiyanın 22 iyul tarixindən etibarən taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləydiklərini bildirib.
Səfir, həmçinin, qeyd edib ki, bugünədək 700 min tondan çox Ukrayna taxılını dünya bazarlarına ixrac edildib.