"Serbiya vacib regional aktordur və NATO-nun uzunmüddətli tərəfdaşıdır".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Belqradda Serbiya Prezidenti Aleksandar Vuciclə keçirdiyi mətbuat brifinqində deyib.
"Biz müxtəlif sahələrdə sülh proqramlarında, kiber təhülkəsizlik, enerji təhlükəsizliyi sahələrində vacib əməkdaşlıq edirik. Biz birgə hərbi təlimlərin keçirilməsi imkanlarını müzakirə etdik. Yaxın gələcəkdə əməkdaşlığımızı daha da gücləndirəcəyimizi ümid edirik. Biz həmçinin Şimali Kosovadakı son gərginliyi müzakirə etdik. NATO qüvvələri bütün icmalar üçün Kosovada sabitliyi təmin edir".
NATO Baş katibi sentyabrda Kosovadakı gərginliyi xatırladaraq deyib ki, bunu törədənlər ədalət qarşısında cavab verməlidir.
"Biz Kosovaya 1000-ə yaxın ordu və texnika yerləşdirdik bu son illikdə ən böyük rəqəm idi. Mən tərəflərin eskalasiyadan uzaq olacağına inanıram. Priştina Belqardı Aİ-nin təklif etdiyi dialoqa çağırıram, bu, davamlı sülh və sabitlik üçün yeganə yoldur".
Stoltenberq əlavə edib ki, o, Serbiya Prezidenti ilə Rusiyanın Ukraynadakı müharibəsi barədə də danışıb.
"Biz birmənalı olaraq Rusiyanın işğalçılıq müharibəsini pisləməliyik", o qeyd edib.