Bank Of Baku

Serbiya prezidenti eynicinsli nikah qanunlarını imzalamayacağını bildirib

Aleksandar Vuçiç

© APA | Aleksandar Vuçiç

# 13 avqust 2023 14:15 (UTC +04:00)

Serbiya prezidenti Aleksandar Vuçiç eynicinsli nikahlar və üç cins haqqında qanunları imzalamayacağını bildirib.

APA xəbər verir ki, o, bu barədə TV Pink telekanalında məlumat verib.

Onun sözlərinə görə, Serbiya cəmiyyəti “ənənəvidir” və Aİ “buna görə Serbiyaya hücum edir”.

"Əla - məni günahlandırın... Mən buna imkan vermədim" dedi.

Vuçiç bir müddət əvvəl ABŞ-ın Bosniya və Herseqovinanın Srpska Respublikasının siyasi rəhbərliyinə qarşı sanksiyaları fonunda Qərbin ikiüzlülüyünün və ikili standartlarının güclənməsindən danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR