“Şeremetevo”dakı qəzada “əl baqajı” olan sərnişinlər təxliyyəyə mane olmayıb

“Şeremetevo”dakı qəzada “əl baqajı” olan sərnişinlər təxliyyəyə mane olmayıb
# 12 may 2019 07:31 (UTC +04:00)

“Şeremetevo” hava limanında baş vermiş məlum təyyarə qəzasında həlak olanların sayının çox olmasında “əl baqajı” olan sərnişinlərin günahlandırılması əsassızdır.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, salondakı “əl baqajı” olan sərnişinlər təxliyyə zamanı heç bir problem yaratmayıblar.

Bu fikri səsləndirənlər sadəcə, hissə qapılaraq belə düşünüblər.

Qeyd edək ki, hadisədən sonra belə bir fikir səsləndirilmişdi ki, qəza zamanı – “Sukhoi Superjet 100” markalı təyyarə alova qərq olan anda bütün sərnişinlər təxliyyə üçün ön tərəfə üz tutsalar da, qabaqdakı sərnişinlər “əl baqaj”larını yuxarı rəflərdən götürməsi sıxlığın yaranmasına səbəb olub.

İddia olunur ki, salonu bürüyən qatı tüstü arxada “sıxılmış” sərnişinlərin boğulması ilə nəticələnib ki, bu da ölənlərin sayının artmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR