Bank Of Baku

Sinan Oğan: Seçkilərin ikinci tura qalmaq ehtimali böyükdür

Sinan Oğan: Seçkilərin ikinci tura qalmaq ehtimali böyükdür
# 15 may 2023 00:19 (UTC +04:00)

Yenidən türk millətçiləri və atatürkçüləri Türkiyə siyasətinin mərkəzinə qoymaq üçün yola çıxdıq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “ATA” ittifaqının prezidentliyə namizədi Sinan Oğan bildirib.

O qeyd edib ki, seçkilərin ikinci tura qalmaq ehtimali böyükdür.

“İkinci turu türk millətçiləri və atatürkçülər müəyyən edəcək. Seçkilər ikinci tura keçərsə, ölkəmiz üçün yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Hazırda biz hansı tərəfi dəstəkləcəyimizi deyə bilmərik. Məsləhətləşib qərar verəcəyik”, - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR