Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla Rusiya neft və qazının tədarükü məsələlərini müzakirə edib.
APA “RIA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə macarıstanlı nazir jurnalistlərə açıqlamasında deyib.
“Biz Rusiyadan Macarıstana təhlükəsiz neft və qaz nəqli məsələsini müzakirə etdik”, - nazir vurğulayıb.
Siyarto bildirib ki, Rusiya nefti Macarıstanın enerji təhlükəsizliyi üçün çox vacibdir.