Bank Of Baku

Siyarto: Macarıstanı səs hüququndan məhrum etmək təhdidləri Aİ demokratiyasını şübhə altına salır

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

© APA | Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

# 24 mart 2025 20:53 (UTC +04:00)

Macarıstanın milli maraqlarını müdafiə etdiyinə görə Aİ-də səsvermə hüququndan məhrum edilməsi ilə bağlı təhdidlər qurum daxilində demokratiya prinsiplərinə şübhələr yaradır.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto mətbuat konfransında bildirib.

“Bir ölkənin milli maraqları təmsil etdiyi üçün səsvermə hüququnu itirmək riski ilə üzləşməsi o deməkdir ki, Brüsselin demokratiya və qanunun aliliyi interpretasiyası kifayət qədər şübhəli hekayədir”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR