Bank Of Baku

Slovakiya Finlandiyadan zirehli transportyor alır

Patria AMVXP

© APA | Patria AMVXP

# 31 avqust 2022 02:04 (UTC +04:00)

Slovakiya Finlandiya ilə 76 ədəd “Patria AMVXP” zirehli transportyorunun alışına dair müqavilə imzalayıb.

APA Slovakiyanın TASR agentliyinə istinadla bildirir ki, müqavilənin ümumi dəyəri 447 milyon avrodur. Zirehli transportyorların ilk partiyası 2023-cü ilin sentyabrında təhvil veriləcək.

8X8 təkər formuluna malik “AMVXP” zirehli transportyorlarını Finlandiyanın Patria şirkəti istehsal edir. Bu maşınlar Finlandiya, Sloveniya, Xorvatiya, Polşa, İsveç və BƏƏ-nin arsenalında yer alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR