Bank Of Baku

Slovakiya parlamenti Ukraynaya döyüş təyyarələrinin verilməsini müzakirəyə çıxaracaq

Slovakiya parlamenti Ukraynaya döyüş təyyarələrinin verilməsini müzakirəyə çıxaracaq
# 19 fevral 2023 22:59 (UTC +04:00)

Slovakiya Hərbi Hava Qüvvələrinin inventarından çıxarılan MiQ-29 qırıcıları respublika Milli Şurasında (parlamentində) müzakirə aparılmadan Ukraynaya verilməyəcək.

APA-nın məlumatına görə, bunu bazar günü Slovakiyanın müdafiə naziri Yaroslav Nad TA3 telekanalının “Siyasətdə” müzakirə proqramında deyib.

“Əgər biz MiQ-lərin Ukraynaya hansı şərtlərlə bağışlanacağına dair qərar qəbul etməkdən danışırıqsa, o zaman bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik”, - Naddeyib. O qeyd edib ki, məsələ aktuallaşanda ali qanunverici orqana təqdim olunacaq.

Nazir bildirib ki MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar, milli hava qüvvələrinin inventarından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR