Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova bu gün yeni Baş nazir Lüdovit Odorun rəhbərlik etdiyi hökuməti təyin edib.
APA xəbər verir ki, bu münasibətlə Slovakiya liderinin sarayında keçirilmiş təntənəli mərasim yerli “TA-3” telekanalı tərəfindən yayımlanıb.
Çaputova Lüdovit Odoru Slovakiyanın Baş naziri təyin edib və Nazirlər Kabineti rəhbərinin təklifi ilə yeni hökumətinin üzvlərinin təyin olunması barədə fərman səsləndirilib.
Qeyd edək ki, Lüdovit Odor 2 iyul 1976-cı ildə Slovakiyanın cənubundakı Komarno şəhərində anadan olub, milliyyətcə macardır.
Baş nazir Ukraynanı dəstəklədiyini bildirir və Rusiya rəhbərliyinin hərəkətlərinə tənqidi formada yanaşır.
Əvvəllər o, Slovakiyanın keçmiş Baş naziri İveta Radiçevanın müşaviri olub.
Xatırladaq ki, bu ayın 7-də Slovakiyanın Baş naziri vəzifəsini icra edən Eduard Heger artan hökumət böhranı fonunda istefa verdiyini açıqlayıb.
Onunla birlikdə mövcud qanunvericiliyə uyğun olaraq, onun bütün kabineti istefa verib.