Şolts: NATO-Rusiya müharibəsinin olmaması üçün əlimdən gələni edəcəyəm

Almaniya kansleri Olaf Şolts

© APA | Almaniya kansleri Olaf Şolts

# 28 mart 2024 15:26 (UTC +04:00)

Münaqişənin daha da böyüməməsi, NATO və Rusiya arasında müharibənin olmaması üçün əlimdən gələni edəcəyəm.

APA xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts MAZ-ın suallarını cavablandırarkən deyib.

"Ukraynaya güclü dəstəkdən əlavə, mənim üçün bir şey önəmli olaraq qalır. Biz müharibənin genişlənməməsi, yəni Rusiya ilə NATO arasında müharibənin olmaması üçün əlimizdən gələni edəcəyik. Biz Ukraynaya öz əsgərlərimizi göndərməyəcəyik. Və bu kontekstdə hər bir silah tədarükünün nə demək olduğunu diqqətlə nəzərdən keçirəcəyik", - Almaniya lideri Ukraynaya "Taurus" raketlərinin tədarük olunmaması ilə bağlı qərarını bununla əlaqələndirib.

"Eyni zamanda, Almaniya Ukraynanı Avropanın bütün ölkələrindən daha çox silah və sursatla dəstəkləyir. Təkcə silah və sursat verilməsinə 28 milyard avrodan çox pul xərcləmişik. Bu bir çox digər ölkələrin birgə xərclədiyindən daha çoxdur. Bundan sonra da nə qədər lazımdırsa, xərcləyəcəyik. Bu, Putinə hər kəsin (Ukraynaya-red.) dəstəkdən vaz keçəcəyini gözləməməli olduğunun vacibliyini göstərir", - Kansler vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR