Almaniya Kansleri Olaf Şolts Çin Xalq Respublikasının sədri Si Cinpindən Rusiyaya təsir göstərməyi xahiş edib.
APA xəbər verir ki bu barədə Kansler Şolts "X" hesabında paylaşım edib.
"Rusiyada Çinin sözünün ağırlığı var. Buna görə də mən prezident Si Cinpindən Putinin nəhayət ki, öz ağılsız kampaniyasına son qoyması, qoşunlarını geri çəkməsi və bu dəhşətli müharibəyə son qoyması üçün Rusiyaya təsir göstərməsini xahiş etdim", - Almaniya Kansleri paylaşımında qeyd edib.
Xatırladaq ki, Kansler Şolts Çinə səfər edib.