Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Moskvada apardığı danışıqları müsbət qiymətləndirib.
APA-nın xəbərinə görə, kansler bunu alman mətbuatına müsahibəsi zamanı bildirib.
“Çox intensiv və etibarlı söhbət oldu. Görüşümüz dostluq şəraitində baş tutdu”, - deyə kansler əlavə edib.
“Bizim strategiyamız dəqiqdir – Ukraynaya qarşı hərbi təcavüz baş verərsə bunun ağır nəticələri olacaq. Eskalasiyadan qaçmaq üçün mümkün olan hər bir şeyi etmək lazımdır” – deyə Şolts vurğulayıb.