Spiker: Gürcüstanın üzvlüyü ilə bağlı top uzun müddətdir NATO tərəfdədir

Spiker: Gürcüstanın üzvlüyü ilə bağlı top uzun müddətdir NATO tərəfdədir
# 19 mart 2024 13:08 (UTC +04:00)

Gürcüstan uzun müddətdir ki, NATO-ya üzvlüyün növbəti mərhələsinə hazırdır, top uzun müddətdir ki, NATO tərəfdədir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O, NATO Baş katibi Yens Stoltenberqin Gürcüstana və regiona səfərinin önəmli olduğunu, Gürcüstanın NATO-dan növbəti addımlar atmasını gözlədiyini əlavə edib.

“Gürcüstan üzvlüklə bağlı növbəti mərhələyə keçməyə çoxdan hazırdır... NATO Avropa İttifaqından nümunə götürməli və Gürcüstana real plan, real hədəflər təqdim etməlidir ki, biz bunun əsasında bilməliyik ki, həmin məqsədlərə nail olsaq üzvlük olacaq”, - Papuaşvili deyib.

Parlament sədri korrupsiya, demokratik inkişaf və biznesin asanlığı indekslərinə görə Gürcüstanın 5 NATO ölkəsindən irəlidə olduğunu deyib. Əlavə edib ki, Gürcüstan ordusunun təxminən 80%-i NATO-nun təlimlərində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR