Bank Of Baku

Spiker: Müxalifət Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili

© APA | Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili

# 26 iyul 2024 15:22 (UTC +04:00)

Müxalifət Ukraynaya dəstək göstərilməsini təklif etməklə, Gürcüstanı Rusiya ilə müharibəyə sürükləmək istəyirdi.

APA-nın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O deyib ki, bir neçə dəfə müxalif partiyalar Ukraynaya silah-sursat göndərilməsi, Rusiyaya qarşı döyüşmək üçün könüllü dəstələrin yaradılması, eləcə də adı çəkilən ölkəyə sanksiyaların tətbiqi ilə bağlı əsassız təkliflər səsləndirib:

“Hətta NATO ölkələri belə Ukraynaya silah-sursat tədarükü zamanı “qırmızı xətti” keçməməyə çalışır. Çünki belə olduqda Rusiya onları da münaqişə tərəfi kimi tanıyacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR