Bank Of Baku

Starmer: Britaniya Hindistan və Pakistan arasında gərginliyin azaldılmasına çalışır

Britaniyanın Baş naziri Kir Starmer

© APA | Britaniyanın Baş naziri Kir Starmer

# 11 may 2025 03:27 (UTC +04:00)

Britaniya son bir neçə gündə Hindistan və Pakistanla danışıqlar apararaq sərhəddə gərginliyin azaldılmasına çalışır.

APA xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer "Sky News" telekanalına açıqlamasında bildirib.

"Artıq bir neçə gündür ki, tərəflərlə əlaqədəyik və gərginliyin azaldılması üçün səylər göstəririk. Hər iki ölkə ilə dialoq aparırıq, xarici işlər naziri həm Hindistan, həm də Pakistanlı həmkarı ilə danışıb. Atəşkəsin əldə olunmasını alqışlayırıq və bu qərarın davamlı və uzunmüddətli olmasına ehtiyac var", – deyə Starmer vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR