Paşha Bank
Bank Of Baku

Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO

Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
# 24 oktyabr 2026 19:23 (UTC +04:00)

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Changan" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən piyada 1972-ci il təvəllüdlü E. Yusifovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR