Stoltenberq ABŞ konqresmenlərinin Ukrayna ilə bağlı qərarını müsbət qiymətləndirib

Stoltenberq ABŞ konqresmenlərinin Ukrayna ilə bağlı qərarını müsbət qiymətləndirib
# 21 aprel 2024 01:41 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya təxminən 61 milyard dollar ayrılması barədə qanun layihəsinin qəbulunu müsbət qiymətləndirib.

APA xəbər verir ki, NATO rəsmisi bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ Nümayəndələr Palatasının Ukraynaya yeni böyük yardım paketini təsdiq etməsini alqışlayıram”, - Stoltenberq qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR